Ölkənin şimal bölgəsində havalar kəskin dəyişib. Bu gün səhər saatlarından etibarən Quba və Qusar rayonlarına qar yağıb.
Far.Az xəbər verir ki, dağlıq ərazilərdə qar daha intensiv müşahidə olunub. Qeyri-sabit hava şəraiti səbəbindən havanın temperaturu xeyli aşağı düşüb.
Qeyd edək ki, bölgələrdə qarın yağması həmçinin gözəl mənzərələr yaradıb.