3x3 basketbol üzrə Çinin Şanxay şəhərində keçirilən Dünya Qadın Seriyasının final mərhələsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, Niderlandı məğlub edən Azərbaycan yığması həlledici görüşə vəsiqə qazanıb.

Milli komandamız finalda Kanada ilə üz-üzə gəlib. Görüş kanadalıların 21:12 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da yığmamız turniri 2-ci yerdə başa vurub.