GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi “Vətən qarşısında xidmətlərə görə” IV dərəcəli ordenlə təltif edib.
Globalinfo.az xəbər verir ki, müvafiq fərman hüquqi aktların rəsmi portalında dərc olunub.
Sənəddə Medvedevin Rusiya dövlətçiliyinin möhkəmləndirilməsinə və milli təhlükəsizliyinin təmin edilməsinə xidmətlərinə görə təltif edildiyi bildirilir.
“Bununla da, o, sözügedən ordenin tam kavaleri statusunu qazanıb, yəni Medvedevin artıq 1-ci, 2-ci və 3-cü dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordenləri var”, – deyə rus mediası yazıb.
Qeyd edək ki, mükafat Medvedevin 60 illik yubileyi günü təqdim olunub. Sentyabrın 14-də siyasətçinin 60 yaşı tamam olub.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.