AZ

Xəzər sahillərində qeyri-adi HADİSƏ

Dağıstanın Xəzər dənizi sahilində nadir təbiət hadisəsi qeydə alınıb .

BAKU.WS "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, Xəzər dənizində tornado müşahidə olunub.

Məlumata görə, külək burulğanı "Dagdizel" zavodunun tərk edilmiş sexlərinin hər iki tərəfində eyni anda yaranıb. Yerli sakinlər həmin anları telefonla lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

Xatırladaq ki, təxminən altı ay əvvəl güclü yağışlar nəticəsində zavod binasının tanınmış qülləsi uçmuşdu. Hazırda bölgə əhalisi tornadoların qalan hissəni də sıradan çıxara biləcəyindən ciddi narahatdır.

Seçilən
31
far.az

1Mənbələr