ain.az, Milli.az portalına istinadən məlumat verir.
ABŞ-yə məxsus beş ədəd "F-35" qırıcısı narkotrafiklə mübarizə üçün Puerto-Riko ərazisinə enib.
Milli.AZ bildirir ki, qırıcılar adanın şimal-şərqində yerləşən Seyba şəhərindəki keçmiş hərbi dəniz bazası olan Ruzvelt Roudsa eniblər.
Həmçinin bu bölgədə Amerika helikopterləri və "Osprey" konvertoplanları da görülüb.
Sentyabrın əvvəlində agentlik ABŞ-nin Karib dənizinin cənubundakı narkotik kartellərinə qarşı mübarizə üçün 10 belə təyyarə göndərməyi planlaşdırdığını bildirmişdi.
Xatırladaq ki, sentyabrın 2-də ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonun Venesueladan gəldiyini iddia etdiyi narkotik yüklü gəminin Karib dənizində məhv edilməsindən sonra "narkotacirlərə" qarşı müharibənin başladığını elan etmişdi. /Oxu.Az
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.