“Çelsi” “Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldızı transfer etmək niyyətindədir.
idmanxeber.az xəbər verir ki, London klubu 20 yaşlı oyunçunun meneceri ilə danışıqlara start verib. “Yuventus” gənc hücumçunun transfer qiymətini 50 milyon avro olaraq müəyyənləşdirib.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm meydana çıxdığı 6 matçda 3 qol və 4 asistlə yadda qalıb.