AZ

Şuşada TDT Sığorta Birliyinin ilk Assambleyası işinə başlayıb

Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə Şuşada işinə başlayıb.

Turkustan.az-ın məlumatIna görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kiprdən dövlət rəsmiləri, maliyyə requlyatorları, sığorta assosiasiyalarının nümayəndələri, eləcə də TDT-nın rəhbərliyi iştirak edir.

Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin TDT-nın məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair "Proklamasiya sənədi"nin imzalanması nəzərdə tutulub.

Seçilən
10
22
turkustan.az

10Mənbələr