AZ

“Viləş” yenidən Azərbaycan futbolunda

style='margin-bottom:10px;'>

Medianın İnkişafı Agentliyinin layihəsi

Masallını təmsil edən “Viləş” Azərbaycanın tanınmış komandalarından olub. Hələ SSRİ dövründə 1967-ci ildə yaradılmış bu müstəqillk illərində iki dəfə UEFA-nın İntertoto kuboku yarışında da iştirak edib.

Lakin 2008-ci ildə komanda maliyyə çətinliyi səbəbindən fəaliyyətini dayandırmalı olub. Yalnız 2020-ci ildə Masalıı şəhərinə elə eyni adlı komanda ilə qayıdıb. Bugünlərdə isə "Masallı" PFK adını dəyişdirərək "Viləş-1967" Futbol Klubu olub. 

Amma klub fəaliyyətini başa vurmuş “Viləş”in hüququ varisi deyil. Buna baxmayaraq, "Masallı"nın "Viləş" olaraq ad dəyişdirməsi müsbət qarşılanıb.

Cari mövsümdə Region Liqasında mübarizə aparacaq klubun hədəfləri də Masallı futbol ənənələrinə yaraşan şəkildədir. Belə ki, "Viləş" ilk olaraq 2-ci liqaya, ardndan 1-ci liqaya, sonda isə Premyer Liqaya yüksəlməyi qarşısına vəzifə qoyub.

Bugünkü mövzumuz haqda isə yeni “Viləş”in təsisçisi və özünün təbiri ilə desək, bütün işlərini görən Mirələm Həşimov danışıb. 

O, əvvəlcə "Masallı"nın ad dəyişdirməsinin səbəbini açıqlayıb: "2020-ci ildə "Masallı" PFK olaraq fəaliyyətə başladıq. Əvvəlcə uşaq liqalarında iştirak etdik. Hal-hazırda bu liqalarda da mübarizə aparırıq. AFFA-nın təşkilatçılığı altında keçirilən 5 liqa üzrə yarışlara qatılırıq. Masallı sakinləri, futbolsevərlər deyirdilər ki, komandaya "Viləş" adını verin. Mən də deyirdim ki, "Viləş" və ya "Masallı", nə fərqi var? Amma "Viləş" olmasını istədilər. Biz də bu qərara gəldik ki, klubun adını dəyişib "Viləş" qoyaq. Artıq bu mövsüm üçün rəsmi sənədlərimizi AFFA-ya "Viləş" PFK olaraq göndərmişik. Təsdiq də almışıq. Hətta lisenziyalarımız da dəyişdirilib. Yəni, bu, rayon sakinlərinin istəyi ilə olub. Kömək üçün Masallıda fəaliyyət göstərən iş adamlarına müraciət etmişik və müsbət cavablar almışıq. İnşallah, "Viləş" adı altında daha yaxşı işlər görəcəyik".

M.Həşimov yeni "Viləş"in fəaliyyətini başa vurmuş "Viləş"in hüququ varisi olmamasına da toxunub: "Biz illərdir ki, araşdırırıq. Biri deyir möhür məndədir, biri deyir, sənəd məndədir, digəri deyir hüququ təsisçilər başqaları olub. Qarışıq məsələlərdir. Biz ümumiyyətlə, buna qarışmırıq. Bizim əsas məqsədimiz Masallıya "Viləş"in, futbolun geri qayıtmasıdır. Adı da buna görə dəyişdik ki, Masallı futbolu deyəndə "Viləş" yada düşür".

O, Masallı rayonunda futbola böyük həvəs olduğunu bildirib: "Bəli, indi də Masallıda futbola böyük həvəs var. Biz hətta 2023/24 mövsümündə "Masallı" adı ilə Region Liqasında çıxış edəndə 1/4 finala qədər irəlilədik. Son oyunlarımızda stadionda oturacaq olmasa belə, 1600 nəfər azarkeş ayaq üstə dayanaraq axıra qədər komandaya dəstək olurdu. Masallıda hər gün bizi yolda görürlər, soruşurlar ki, necədir vəziyyət, oyunlar nə vaxt başlayır, necə kömək edə bilərik? Yəni, Masallı sakinləri bizim yanımızdadır”.

Klub rəsmisi "Viləş"in maddi durumundan və büdcəsindən danışıb: "Maddi durumumuza gəldikdə, iş adamlarının və rayon sakinlərinin dəstəyi ilə hər şeyi yoluna qoyacağına inanırıq”.

O, Region Liqasının startına qədər komandanın hazır vəziyyətdə olacağını söyləyib: "Hazırda baş məşqçimiz UEFA-nın C kateqoriyalı Bəxtiyar Mehrəliyevdir. Onun tərəfindən oyunçuların seçilməsi prosesi davam etdirilir. Region Liqası başlayanda artıq futbolçularımız hazır vəziyyətdə olacaqlar".

M.Həşimov gələcəkdə toplanan vəsaitlərin futbolçulara və stadiondakı işlərin aparılmasına xərclənəcəyini qeyd edib: "Komandanın xərclərinə gəldikdə, verilən dəstəklər futbolçular arasında bölünəcək. Vəsait ev oyunları üçün stadionda xəttlərin çəkilməsinə, başqa işlərə sərf olunacaq. 2-ci liqaya yüksəldikdən sonra daha fərqli, böyük işlər aparmaq niyyətindəyik".

"Viləş"in təsisçisi qarşıya qoyduqları hədəflərdən də danışıb: "Əsas məqsədimiz hazırda 2-ci liqaya yüksəlmək, sonra isə 1-ci liqaya adlamaq və sonda Premyer Liqada mübarizə aparmaqdır. Yəni, irəliyə getmək istəyirik. Hər il Region Liqasında oynamaq niyyətimiz yoxdur”.

Ramiq Ağaməmmədov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Seçilən
43
1
teleqraf.com

2Mənbələr