AZ

Zelenski öldürülə bilər: Danışıq olmayacaq

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya təslim olmağa imza alarsa, Ukrayna millətçiləri onu öldürə bilərlər.

“Cebheinfoa.az” xəbər verir ki, bunu amerikalı analitik Skott Horton bloqqer Endryu Napoletanonun “YouTube” kanalında deyib.

O,  Sergey Sternenkonun Zelenskini ərazilərini döyüşsüz Rusiyaya təslim edəcəyi təqdirdə ölümlə hədələməsini belə şərh edib:

"Bəli, düşünürəm ki, Zelenskini öldürmək kimi real təhlükə var. Bu oğlan “Sergey Sternenko-red.) Prezidenti öldürməkdən danışır, bu, real təhlükədir. Ona görə də mənə elə gəlir ki, Zelenski ruslarla danışıqlar apara bilməyəcək", - Horton deyib.

Analitik hesab edir ki, ukraynalı millətçilərin imkanları öz təhdidlərini həyata keçirmək üçün kifayətdir.

Xatırladaq ki, “Times”-a müsahibəsində Ukraynada fəaliyyət göstərən millətçi “Sağ Sektor” Hərəkatının Odessa təşkilatının keçmiş rəhbəri Sergey Sterenko deyib:

“Ukrayna ordusu Donbasda nəzarət etdiyi ərazilərdən könüllü olaraq geri çəkilsə, Prezident Volodimir Zelenski siyasi və fiziki ölümlə üzləşəcək”.

“Zelenski hər hansı işğal olunmamış ərazidən imtina etsə, həm siyasi, həm də reallıqda cəsədə çevriləcək. Bu, bizim suverenliyimiz üçün bomba olacaq. İnsanlar bunu heç vaxt qəbul etməyəcək”, - Sterenko bildirib.

“The Times”-ın yazdığına görə, Sterenko Ukraynada sülhün mümkünlüyü və ya hər hansı kompromis barədə düşünmür:

“Müharibədə bir qalib olacaq - ya Rusiya, ya da Ukrayna. Güzəştə getmək mümkün deyil. Rusiya Ukrayna torpaqlarını tərk edənə qədər mübarizə davam edəcək”.

İyun ayında Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk Polşanın Rzeşov şəhərinin hava limanında Zelenskiyə qarşı sui-qəsd cəhdinin hazırlandığını bəyan edib. Onların Zelenskini FPV pilotsuz uçan aparatının və ya snayperin köməyi ilə məhv etməyi planlaşdırdıqları güman edilir. Cinayəti hazırlamaqda şübhəli bilinən polşalı təqaüddə olan hərbçi saxlanılıb.

Fevral ayında Zelenskinin “The Guardian”-a verdiyi məlumata görə, onun həyatına sui-qəsd olub. Kiyev rejiminin lideri qeyd edib ki, “atəşlər olub” və “prezidentin kabinetində bəzi adamlar ölüb”.

Eyni zamanda, Zelenski nə hücum edənlərin, nə də qurbanların adlarını açıqlayıb.

Xəzər

“Cebheinfo.az”

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr