AZ

ABŞ-dan Macarıstan və Slovakiyaya çağırış: “Rus qazı və atomundan imtina edin”

ABŞ-ın Energetika naziri Kris Rayt Rusiyadan enerji idxalını davam etdirən sonuncu Aİ ölkələrini Moskvadan asılılığı aradan qaldırmaq üçün ümumi Avropa kursuna mane olmamağa və təchizatı yenidən istiqamətləndirməyə, o cümlədən ABŞ-dan LNG idxalına çağırıb...

Poliqon xəbər verir ki, Politico nəşrinin məlumatına görə, cümə günü Brüsseldə avropalı rəsmilərlə keçirdiyi bir sıra görüşlərdən sonra çıxış edən Rayt Avropa üçün enerjini “dostlardan” əldə etməyin daha təhlükəsiz və sərfəli olduğunu vurğulayıb.

Kris Rayt bildirib ki, Avropa Komissiyasının Rusiya qazından tədricən imtina etmək planlarına qarşı çıxan Macarıstan və Slovakiya kimi ölkələr nəhayət Kremlin enerji müqavilələrinə son qoymalıdırlar. Politico-nun sualına cavab olaraq, Energetika Nazirliyinin rəhbəri birmənalı olaraq “tamamilə” cavabını verib.

“Biz bütün Rusiya qazını sıxışdırıb çıxarmaq istəyirik. Prezident Donald Tramp, Amerika və bütün Aİ dövlətləri Rusiya-Ukrayna müharibəsinə son qoymaq istəyirlər. Rusiyanın bu qəddar müharibəni maliyyələşdirmək imkanını nə qədər kəsə bilsək, hamımız üçün bir o qədər yaxşı olar. Beləliklə, sualınızın cavabı – bəli, mütləq”, deyə Kris Rayt bildirib.

Vaşinqtonun mövqeyi: Rusiya nüvə texnologiyalarına da “yox” deməli”...

Rayt atom enerjisi mövzusuna da toxunub, Avropa ölkələrini Rusiya texnologiyalarına alternativ axtarmağa çağırıb: “Biz nüvə texnologiyalarının ABŞ-dan gəlməsini və ya Avropa İttifaqının özündə istehsal edilməsini istəyirik”.

Onun bəyanatlarının kontekstini Aİ səviyyəsində məhkəmə qərarı da gücləndirir. Bu yaxınlarda Avropa İttifaqı Məhkəməsi, Avropa Komissiyasının Budapeştə Rusiya strukturlarının iştirakı ilə iri miqyaslı atom enerjisinin genişləndirilməsi üçün dövlət yardımı verilməsinə icazə verməklə səhv qərar çıxardığını bildirib. Məhkəmənin fikrincə, məmurlar “Rosatom” dövlət korporasiyası ilə tərəfdaşlıq çərçivəsində “Paks II” stansiyasının tikintisinin dövlət satınalmaları qaydalarını pozub-pozmadığını qiymətləndirməli idilər.

"Paks II" layihəsinin uzun müddətdir tərəfdarı olan Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya qarşı sanksiyaları, o cümlədən Avropa enerji komissarı Dan Yorgensenin 2027-ci ilə qədər Rusiya qazının idxalından tamamilə imtina etmək təşəbbüsünü tənqid etməyə davam edir. Bu fonda Vaşinqton avropalı tərəfdaşları təchizatın şaxələndirilməsini, ilk növbədə ABŞ-dan LNG idxalının artırılması və daxili Aİ imkanlarının inkişafı vasitəsilə sürətləndirməyə inandırır.

Politico-nun vurğulayıb ki, Raytın mövqeyi Avropanın enerji təhlükəsizliyi və Moskvanın maliyyə təcridi ilə bağlı administrasiyanın ümumi yanaşmasına uyğundur. Əsas vəzifə Rusiya büdcəsinə gəlirlərin qarşısını almaq və beləliklə, Kremlin Ukraynada müharibəni aparmaq qabiliyyətini zəiflətməkdir.

Vaşinqtonun məqsədi sadədir: Rusiya qazı və nüvə texnologiyalarından imtina etmək, ABŞ-da və Aİ daxilində alternativ mənbələrə keçid təkcə sanksiya siyasəti deyil, həm də uzunmüddətli davamlılıq və təhlükəsizlik üçün Avropanın enerji arxitekturasının strateji yenidən qurulması məsələsidir.

Poliqon.info

Seçilən
45
1
poliqon.info

2Mənbələr