Sentyabrın 13-də Meksikanın Yukatan ştatında 15 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, bu barədə Yukatan ştatının qubernatoru Xoakin Dias Mena X sosial şəbəkəsində məlumat yayıb.
Siyasətçi yazıb ki, qəza Merida və Kampeçe şəhərləri arasındakı magistralda baş verib.
“Bizə verilən məlumata görə, Merida və Kampeçe arasındakı magistral yolda baş verən insident nəticəsində 15 nəfər ölüb”, - o qeyd edib.