Misli Premyer Liqasında IV tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk oyunu Şamaxıda keçiriləcək.
Yerli komanda "Karvan Yevlax"ı qəbul edəcək.
Ayxan Abbasovun çalışdırdığı "Şamaxı"nın aktivində 2 xal var. Debütant ""Karvan Yevlax" isə 4 xal toplamağı bacarıb.
Misli Premyer Liqası, IV tur
14 sentyabr (bazar)
16:30. “Şamaxı” - “Karvan-Yevlax”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Şamaxı şəhər stadionu