
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 153-cü teatr mövsümünün açılış mərasimi keçirilib.Yeni teatr mövsümünün açılış mərasimi Ulu Öndər Heydər Əliyevin teatr haqqında fikirlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə mədəni irsimizin qorunması və inkişafı sahəsində Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri vurğulanıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək teatrların cəmiyyətin mənəvi həyatındakı rolundan danışıb.
Bədii hissədə Xalq artisti Azər Zeynalov, “Kaman” rəqs qrupu, Aynur İsgəndərli və Bəyimxanım Vəliyeva səhnəyə çıxıblar.
Sonda ölkədə fəaliyyət göstərən teatrların aktyorları repertuardan seçilmiş səhnələri təqdim ediblər.Ulusum.az
Diqqət Çəkənlər
Sevimli kartof "fri"gizli xəstəlik yarada bilər ?
Universitet müəllimi dünyasını dəyişdi
Gavalı cemi – payızın ən şirin hədiyyəsi - FOTO