AZ

Meksika Çin və Asiyadan gələn məhsullara əlavə rüsum tətbiq etməyə hazırlaşır

Meksika

Çin avtomobillərinin tarifləri 50%-ə qalxacaq.Meksika hökuməti Çindən və digər Asiya ölkələrindən idxal edilən 1400-dən çox məhsula 50 faizədək əlavə gömrük rüsumu tətbiq etməyi planlaşdırır. Bu barədə ölkənin maliyyə naziri Marselo Ebrard məlumat verib. Onun sözlərinə görə, bu addımın əsas məqsədi yerli sənayenin qorunmasıdır. Əgər plan həyata keçərsə, Çin, Cənubi Koreya və Hindistan mənşəli ixracatçılar ən çox təsirlənən tərəf olacaq.ABŞ və Kanada isə Meksika ilə mövcud sərbəst ticarət sazişinə əsasən bu qərardan təsirlənməyəcək. Əlavə rüsumlar əsasən avtomobil hissələri, oyuncaqlar və mebel kimi məhsullara şamil olunacaq. Təklifin qüvvəyə minməsi üçün Meksika Konqresinin təsdiqi tələb olunur.Ulusum.az

Diqqət Çəkənlər

Sevimli kartof "fri"gizli xəstəlik yarada bilər ?

Universitet müəllimi dünyasını dəyişdi

Gavalı cemi – payızın ən şirin hədiyyəsi - FOTO

Seçilən
33
ulusum.az

1Mənbələr