AZ

Tramp siyasi fəal Kirkin qətlindən sonra məmurları qorumaq üçün əlavə vəsait istəyir

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkə Konqresinə siyasi fəal Çarli Kirkin qətlindən sonra məmurların təhlükəsizliyini təmin etmək üçün 58 milyon dollar məbləğində əlavə maliyyə ayrılması üçün müraciət ünvanlayıb.

Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyi Ağ Evin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

"Tramp administrasiyası Konqresdən mühafizəkar fəal Çarli Kirkin qətlindən sonra hökumətin icra və məhkəmə qollarının təhlükəsizliyini gücləndirmək üçün əlavə 58 milyon dollar ayrılmasını istəyir", - deyə məlumatda bildirilir.

Bu məbləğ lazım gələrsə, qanunvericilərin təhlükəsizliyinin təmin edilməsi xərclərini də ödəyəcək. Ehtimal olunur ki, müvəqqəti qanun layihəsinə dəyişikliklə bağlı bu təklifə cari il sentyabrın 30-dək baxılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
11
oxu.az

10Mənbələr