AZ

Primorsk limanına dron hücumu: Rusiyanın “kölgə donanması”na aid iki tanker zədələndi

BAKI, 14 sentyabr. TELEQRAF

Primorsk limanına dron hücumu nəticəsində Rusiyaya məxsus “kölgə donanması”ndan olan iki tanker zədələnib.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, Ukraynanın Təhlükəsizlik Xidmətinin dünən həyata keçirdiyi xüsusi əməliyyat zamanı Kusto və Cai Yun adlı rus tankerləri hədəfə alınıb.

Hər iki gəmi Seyşel adalarının bayrağı altında üzən “kölgə donanması”na daxildir.

Hücumdan sonra Baltik dənizində Rusiyanın neft məhsullarını ixrac edən ən böyük limanı olan Primorsk fəaliyyətini dayandırıb. Nasos stansiyasına da zərbə endirildiyi bildirilir, lakin vurulan ziyanın miqyası hələlik dəqiqləşməyib.

Mütəxəssislər qeyd edirlər ki, Primorsk limanının gündəlik ticarət dövriyyəsi təxminən 100 milyon dollar təşkil edir. Bu səbəbdən, hətta qısamüddətli fəaliyyətin dayanması belə Rusiyaya ciddi iqtisadi zərər vurur.

Seçilən
14
teleqraf.com

1Mənbələr