AZ

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini niyə ləngidir? - FOTO

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini ləngidir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
 

Nəşrin qeyd etdiyinə görə, ABŞ prezidentinin NATO müttəfiqlərinə Rusiya neftinin idxalını dayandırmaq çağırışı, onun Rusiyaya qarşı yeni sanksiya paketlərini ləngitmək üçün istifadə etdiyi taktika ola bilər.


“Onun təklifi, yəqin ki, alyansın 32 üzvündən bir neçəsi tərəfindən dəstəklənməyəcək.

Türkiyə Rusiyanın əsas neft alıcılarından biridir və müharibəyə baxmayaraq, Kreml ilə əlaqələrini qorumağa çalışır. Trampın digər müttəfiqləri arasında Rusiya neftinin alıcıları olan Macarıstan və Slovakiya isə enerji resurslarının digər təchizatçılarını tapmaqla bağlı risklərdən öz iqtisadiyyatlarını qorumaq üzərində işləyirlər”, deyə mənbə əlavə edib.


Bizim.Media

Seçilən
73
15
bizim.media

10Mənbələr