AZ

Şarl de Qolun nəvəsi Rusiya vətəndaşı olmaq istəyir

BAKI, 14 sentyabr. TELEQRAF

Şarl de Qolun nəvəsi Pyer de Qoll Rusiya vətəndaşlığını almaq istəyir.

Teleqraf xəbər verir ki, o, bu istəyini "RİA Novosti" agentliyinə müsahibəsində dilə gətirib.

Onun sözlərinə görə, bu addım övladlarının gələcəyi naminə lazımdır: "Biz onlara bizim üçün vacib olan dəyərləri ötürə biləcəyik. Biz uşaqları tənəzzüldən, Qərbdə baş verən dəyərlərin tənəzzülündən xilas etmək istəyirik".

Seçilən
9
teleqraf.com

1Mənbələr