AZ

Meksikada faciə: 15 nəfər həlak oldu

Meksikanın cənubunda baş verən yol qəzasında ilkin məlumata görə 15 nəfər ölüb, 2 nəfə xəsarət alıb.

Publika.az xəbər verir ki, Yutakan ştatının Dövlət Təhlükəsizliyi Katibliyi məlumat yayıb. Bildirilir ki, ağır yük avtomobili minik avtomobili və fəhlələri daşıyan yük avtomobili ilə toqquşaraq aşıb.

Bu, Meksikada həftə ərzində çoxsaylı insan ölümü ilə nəticələnən üçüncü qəzadır. Sentyabrın 8-də avtobusun qatar yoluna çıxması nəticəsində 10 nəfər ölüb, 41 nəfərə xəsarət alıb.

Seçilən
6
4
publika.az

5Mənbələr