AZ

İlon Mask İngiltrədə rejim dəyişikliyinə çağırış etdi - İddia

BAKI, 14 sentyabr. TELEQRAF

Londonda ifrat sağçı anti-immiqrasiya mitinqində çıxış edən amerikalı milyarder İlon Mask nəzarətsiz miqrasiya davam edəcəyi halda "zorakılığın olacağı" xəbərdarlığını edib və İngiltərədə rejim dəyişikliyinə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.

İfrat sağçı Tommy Robinsonun Londonda təşkil etdiyi anti-immiqrasiya mitinqində virtual olaraq çıxış edən milyarder iş adamı İlon Mask ölkənin məhv olmaq ərəfisində olduğunu deyərək İngiltərədə rejimin dəyişdirilməsinə çağırış edib. O, etirazçılara zorakılığın qaçılmaz olduğunu xəbərdar edib.

Mask Britaniyanın artıq "yavaş eroziyaya" məruz qaldığını və bunun tezliklə millətin "tam məhvinə" səbəb olacağını iddia edib.

Seçilən
40
teleqraf.com

1Mənbələr