AZ

Rusiya Ukraynadakı müharibəyə görə, Türkiyədən yardım istədi

ain.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna ordusunun Krımda S-400 batareyalarına təkrar zərbələr endirməsindən sonra Rusiya ehtiyatını gücləndirmək üçün Türkiyəyə müraciət edib.

Missiya.Az “Defence Express”ə istinadən xəbər verir ki, Rusiya 2017-ci ildə Türkiyəyə satdığı S-400 hava hücumundan müdafiə sistemlərini Ankaradan geri satın almaq istəyir.

Bildirilib ki, istənilən potensial razılaşmada həm qiymət, həm də Vaşinqtonun mövqeyi həlledici olacaq.

Xatırladaq ki, Ankara 2017-ci ildə Moskva ilə dörd S-400 sisteminin alınması üçün 2,5 milyard dollarlıq müqavilə imzalayıb. Lakin bu alış NATO daxilində böyük mübahisələrə səbəb oldu və Türkiyənin F-35 proqramından çıxarılması ilə nəticələndi.

Daşqın Həsənov

Missiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
5
missiya.az

10Mənbələr