AZ

Media: Fransanın yeni Baş nazirinin reytinqi sələflərindən aşağıdır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 sentyabr, AZƏRTAC

Bir neçə gün əvvəl Fransanın Baş naziri təyin edilmiş Sebastian Lekornu barədə əhalinin cəmi 16 faizi etimad göstərir.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, bu barədə İPSOS-un keçirdiyi rəy sorğusunda bildirilib.

İPSOS bildirir ki, bir neçə gün əvvəl istefa vermiş Baş nazir Fransua Bayru hökumət başçısı təyin edilərkən reytinq göstəricisi 20 faiz idi.

Daha əvvəlki baş nazirlərə gəlincə: vəzifəyə gələnədək Qabriel Attala fransızların 37 faizi, Mişel Barnyeyə 34 faizi, Elizabet Borna isə 27 faizi etimad göstərirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
3
azertag.az

4Mənbələr