Futbol üzrə Azərbaycan 1-ci Liqasında yeni mövsümün ilk turu yekunlaşıb.
Fanat.Az xəbər verir ki, son gündə bir matç baş tutub.
Ev oyunlarını Buzovnada keçirən "Baku Sportinq" Difai"ni qəbul edib. Oyun məhsuldar bərabərliklə yekunlaşıb.
1-ci Liqa
1-ci tur
13 sentyabr
"Baku Sportinq" – “Difai" 2:2
Qollar: Ceyhun Muxtarlı, 14. İlham Allahverdiyev, 41 – Nazim Həsənzadə, 36. Musa Musazadə, 80.
Turun digər oyunları:
MOİK – “Şahdağ Qusar” 1:2
“Zaqatala” – “Cəbrayıl” 1:0
“Şəfa” – “Şimal” 2:0
“Səbail” – “Mingəçevir” 2:0