“Əgər İsrail iştirak etməyə davam edərsə, İrlandiya 2026 Eurovision Mahnı Müsabiqəsinə qatılmayacaq. Yekun qərarı isə EBU-nun mövqeyindən sonra verəcəyik.”Sloveniyanın ictimai yayım qurumu RTV də bəyan edib ki, əgər İsrail gələn il yarışmaya daxil edilərsə, Sloveniya Eurovision-a qatılmayacaq. RTV-dən verilən açıqlamada bu qərarın Fələstin xalqı ilə həmrəylik üçün alındığı vurğulanıb. İslandiyanın yayım qurumu RUV açıqlamasında bildirib ki, əgər İsrail Eurovision-a qatılarsa, İslandiya öz iştirakını sual altında qoyacaq. Açıqlamada qeyd olunub ki, İslandiya Qəzzadakı humanitar vəziyyəti nəzərə alaraq Avropadakı ümumi mövqeyə qoşulacaq.Niderlandın ictimai yayımçısı AVROTROS isə bəyan edib ki, əgər İsrail yarışmaya qatılarsa, Niderlandın iştirak etməsi “mümkün olmayacaq”.Açıqlamada deyilir: “Qəzzada davam edən ciddi əzablara baxmayaraq belə bir vəziyyətdə İsrailin iştirakı əsla haqlı göstərilə bilməz”. Həmçinin vurğulanıb ki, İsrail builki Eurovision-u da siyasi alət kimi istifadə edib və müdaxilə göstərib. Bunun isə AVROTROS-un müdafiə etdiyi dəyərlərlə ziddiyyət təşkil etdiyi bildirilib.
İsrailin gələn il yarışmaya qatılması ilə bağlı narahatlıq keçirən Belçika isə öz iştirakına dair qərarını dekabrda verəcəyini bildirib. Lakin Belçikanın qatılıb-qatılmayacağına dair son qərarı bu dəfə fransızdilli ictimai televiziya kanalı RTBF-in verəcəyi və bu qərarın dekabr ayında açıqlanacağı bildirilib.