AZ

"Bəzi xanımlar bilirlər ki, ərinin ikinci ailəsi var" - Çingiz Abdullayev

"İnsanlar indi "korlanıblar". Hazırda sosial şəbəkələr var, hamı hər şeydən xəbərdardır. Orada nə qədər "dəlilər" var ki, yazıb bir-birilərini təhqir edir, biabırçı söyüşlər işlədirlər. Adam qalmayıb ki, təhqir etməsinlər".

"Ölkə.az" xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev "Geriyə baxanda" verilişində deyib. O, ailələrin dağılmasının səbəblərindən danışıb:

"Onu da deyim ki, bütün dünyada bu problem var. Hər on ailədən səkkizi boşanır. Qadınlar istəyirlər daha sərbəst olsunlar. Əgər ailədə kişi və qadın eyni işdə işləyib, eyni maaşı alırlarsa, "niyə görə mən sənə tabe olmalıyam" məsələsi ortaya çıxır. Qızları belə böyütməyiblər: Kişi nə dedi, öl-qal, bunu etməlisən. İndi belə şeylər yoxdur. Ona görə də ailədə çətinliklər yaranır.

Maliyyə məsələləri də buna təsir edir. Çox adam elə bunu səbəb göstərir. Yalnız pul xoşbəxtlik gətirə bilməz. Cavanlar da, böyüklər də bunu başa düşməlidirlər. Amma yenə də maliyyə bəzi ailələrdə böyük problemdir. Belə hallarda boşanırlar: Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir". 

Ç.Abdullayev əlavə edib ki, Azərbaycanda boşanmaya münasibət birmənalı deyil:

"Bizdə boşanmanı təhqir kimi qəbul edirlər. Avropa da isə tərəflər dost kimi qalır, bir-birilərinin evinə gedirlər. Orada kişi evlənir yeni xanımı ilə eks-həyat yoldaşını tanış edir. Qadın yenidən ərə gedir, ikinci həyat yoldaşını keçmiş əri ilə tanış edir. Bu, mentalitetlə bağlı bir şeydir. Boşanmaq bizim kişilərimizə toxunur ki, ayrıldığı xanımı gedib kiminləsə görüşsün. Elə xanımlar da düşünürlər ki, bu adam mənimlə evli olub, necə gedib başqası ilə ola bilər?"

Yazıçı vurğulayıb ki, bəzi xanımlar həyat yoldaşlarının xəyanətinə göz yumurlar:

Gəlin, özümüzü aldatmayaq, bəzi xanımlar bilirlər ki, həyat yoldaşı başqa yerdə kiminləsə görüşür, lap ikinci ailəsi var, uşaqları da olub. Deyir ki, "nə olsun?. Uşaqlarımın atasıdır, imkanı var, qoy, elə iki ailəni də saxlasın". Əslində müsəlmanıq, 4 həyat yoldaşı ola bilər. Mən bunu dəstəkləmirəm. Amma elə qadınlar var ki, bununla razılaşırlar. Başqa millətin qadınları həyat yoldaşı qanunsuz nəsə edəndə tez ondan hüquq-mühafizə orqanlarına şikayət edirlər. Amma Azərbaycan qadınları bunu emir". (axşam.az)

Seçilən
12
3
olke.az

4Mənbələr