AZ

“Tottenhem”dən qələbə

İngiltərə Premyer Liqasının 4-cü turunda “Vest Hem” öz meydanında “Tottenhem”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, London stadionunda keçirilən qarşılaşmada qonaqlar 3:0 hesabı ilə qalib gəlib.

Matçın 47-ci dəqiqəsində “Tottenhem” yarımmüdafiəçisi Pape Matar Sarr komandasını hesabda önə çıxarıb. 54-cü dəqiqədə “Vest Hem”in yarımmüdafiəçisi Tomas Soucek qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 57-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Lukas Bergvall fərqi iki qola çatdırıb. 64-cü dəqiqədə müdafiəçi Mikki van de Ven “Tottenhem”in üçüncü qolunu vurub.

Dörd turdan sonra “Tottenhem” 9 xalla Premyer Liqada ikinci pillədə qərarlaşıb. “Vest Hem” isə yalnız 3 xalla 18-ci sırada yerləşir.

Seçilən
45
90deqiqe.az

1Mənbələr