Bu gün axşam saatlarında Polşa Hərbi Hava Qüvvələri Rusiyanın PUA təhlükəsi səbəbilə döyüş təyyarələrini havaya qaldırıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının bəyanatına istinadən "Polsat News" məlumat yayıb.
Məlumatda xüsusilə, Ukraynanın Polşa ilə qonşu olan bölgələrində Rusiyanın hücum PUA-larının peyda olması səbəbilə Polşanın hava məkanında hərbi təyyarələrin fəaliyyətə başladığı bildirilib.
Məlumatda həmçinin bu addımların profilaktik xarakter daşıdığı bildirilib.
Bundan əlavə, dron təhlükəsi səbəbilə Lublin hava limanı və hava limanının ətrafındakı nəzarət edilən ərazi mülki aviasiya üçün bağlanıb.
Rumıniyanın şimalında da Rusiya pilotsuz təyyarəsinin qalıqlarının düşmə təhlükəsi ilə əlaqədar xəbərdarlıq elan edilib.
Antena 3 CNN telekanalının məlumatına görə, Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı Rumıniya hava məkanındakı vəziyyəti izləmək üçün havaya qaldırılıb.(APA)