AZ

Balkonda kabab bişirdi, tüstüsünə yanğınsöndürənlər GƏLDİ VİDEO

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış kompleksində qeyri-adi hadisə baş verib.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, yuxarı mərtəbədə yaşayan sakin öz mənzilinin balkonunda kabab bişirib. Nəticədə yaranan tüstü binanın həyətinə və qonşu mənzillərə yayılıb.

Hadisə ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və polis əməkdaşları cəlb olunub.

Əraziyə gələn müvafiq qurumların əməkdaşları sakinlə söhbət apararaq, belə halların təhlükəli olduğunu və binalarda yanğın təhlükəsi yaratdığını bildiriblər.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
redaktor.az

2Mənbələr