AZ

Beynəlxalq təşkilat vərəmlə mübarizənin gücləndirilməsi üçün petisiya başladıb - QOŞULUN

TBpeople qlobal şəbəkəsi vərəmlə (tuberkulyoz) mübarizə aparan insanların səsini gücləndirmək və bu sahədə ədalət yaratmaq üçün yeni petisiya başladıb.

QHT.az xəbər verir ki, “A Fully Funded Challenge Facility for Civil Society” adlı petisiya hökumətləri, donorları və beynəlxalq tərəfdaşları cəmiyyətlərin potensialına sərmayə qoymağa çağırır.

Məqsəd vərəmə qarşı mübarizədə birbaşa icmaların rəhbərliyi ilə daha təsirli tədbirlər həyata keçirməkdir. Vərəmin hələ də milyonlarla insanın təhsil, iş və sağlamlıq hüquqlarını məhdudlaşdırdığı vurğulanır.

Sənəd icmaların səslərinin eşidilməsi, stiqmanın aradan qaldırılması və bərabər imkanların yaradılması üçün davamlı maliyyə dəstəyini zəruri sayır.

 TBpeople bildirir ki, hər il azı 20 milyon ABŞ dolları həcmində sabit maliyyələşmə təmin olunmalıdır. Bu vəsait icmaların təhsili, erkən diaqnostika, müalicə və sosial müdafiə kimi sahələrdə təşəbbüslərini gücləndirəcək.

Petisiya, həmçinin qadınlar, uşaqlar və həssas qruplara qarşı ayrı-seçkiliyin qarşısının alınmasını hədəfləyir. TBpeople bütün ictimaiyyətə çağırış edərək petisiyanı imzalamağa dəvət edir. İcma rəhbərliyinin gücləndirilməsi ilə vərəmə qarşı qlobal mübarizənin sürətlənəcəyi vurğulanır.

Petisiya aşağıdakı link vasitəsi ilə qoşula bilərsiniz.

Петиція – TBpeopleUkraine

 

Seçilən
28
qht.az

1Mənbələr