AZ

Ağdamda minik avtomobili ekskavatora çırpılıb, yaralılar var​​​​​​ - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdam rayonunun Baş Qərvənd kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili və “Volvo” markalı ekskavator toqquşub, 2 nəfər minik avtomobilində sıxılı vəziyyətdə qalıb.

Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

21:11

Ağdamda "Hyundai" markalı minik avtomobili traktora çırpılıb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə Bərdə-Ağdam magistral yolunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərdən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Əliyev Nəbi, srnişinlər Əliyev Pərviz və Əmirov Mübarizin xəsarət aldığı bildirilir. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.09.2025-ci il tarixində saat 18:30 radələrində 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Ağdamda
Seçilən
18
12
apa.az

10Mənbələr