AZ

Dünyaya “Nüvə” XƏBƏRDARLIĞI

Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə və adi silah gücünün eyni vaxtda artırılması məqsədini rəsmi dövlət siyasəti kimi qəbul edəcəklərini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Müdafiə Elmləri Akademiyasının Zirehli Silahlar İnstitutu və Elektron Silahlar İnstitutuna baş çəkib.

Şimali Koreya hökumətindən verilən açıqlamaya görə, Kim rəsmilərdən ən son hərbi texnologiyalar və Ar-Ge səyləri haqqında məlumat alıb və tank əleyhinə raketlərdən istifadə edərək yeni aktiv müdafiə sisteminin performans testini müşahidə edib. Sınaq nəticələrindən məmnunluğunu ifadə edən Kim Şimali Koreyanın zirehli bölmələrinin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasını əhəmiyyətli nailiyyət kimi qiymətləndirib. Toyuqlu pizza

Kim çıxışında nüvə silahları kimi adi silahların da ölkənin müdafiə qabiliyyəti üçün əhəmiyyətini vurğulayaraq, Müdafiə Elmləri Akademiyasının adi silahların modernləşdirilməsinə rəhbərlik edəcəyinə inandığını bildirib. Kim ölkənin nüvə və adi silah arsenalını eyni vaxtda artırmaq məqsədini rəsmi dövlət siyasəti olaraq qəbul edəcəklərini bildirib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Ukraynaya qarşı döyüşmək üçün minlərlə Şimali Koreya əsgərini Rusiyaya göndərib. Cənubi Koreya Rusiyanın Şimali Koreyaya dəstəyini artırdığını və bunun müqabilində Şimali Koreyanın Ukraynaya qarşı mübarizədə göstərdiyi yardım müqabilində Rusiyanın həssas hərbi texnologiyalarını aldığını bəyan edib.

Ötən il Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfər edərkən iki ölkə arasında qarşılıqlı müdafiə paktı imzalanıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
15
3
yenisabah.az

4Mənbələr