Aparıcı Səidə Bəkirqızı "Space TV"dən ayrılıb.
"Ölkə.az"ın Azxeber.com-a istinadən verdiyi məlumata görə, Səidə Bəkirqızının aparıcısı olduğu "Xəbərin izində” verilişi növbəti həftədən başqa aparıcının təqdimatında yayımlanacaq.
Teleaparıcı faktı təsdiq edib. O, bundan sonra jurnalistika fəaliyyəti ilə məşğul olmayacağını da deyib:
"Ayrılıq qərarını özüm almışam. Nəinki televiziyadan, hətta 25 ilidir ki, çalışdığım jurnalistikadan da gedirəm. Yanlış olmayan ifadələrimə görə televiziyanın yayımı dayandırıldı. Bu, mənə bir daha sübut etdi ki, Səidə artıq yetər, get”.
Bildirilib ki, verilişdə Səidəni aparıcı Elvin Basqallı əvəz edəcək.
Qeyd edək ki, Audiovizual Şuradan bildirilib ki, 11 sentyabrda kanalın efirində 08.00-09.30 arası yayımlanan "Xəbərin izində" proqramının aparıcısı Səidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zorakılıqla bağlı xəbər təqdim olunarkən və şərh edilərkən "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələbləri pozulub. Bu səbədən 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul edib.