Rusiyanın Orlov vilayətində dəmiryol relslərinə baxış zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Klıçkov özünün “Telegram” kanalında məlumat verib.
"Orlov vilayətində dəmir yolu relslərinə baxış zamanı partlayıcı qurğu aşkar edilib. Təəssüf ki, onlardan birinin işə düşməsi nəticəsində iki nəfər həlak olub, bir nəfər isə yaralanıb", - o yazıb.