AZ

Xəzər dənizini Urmiya gölünün taleyi gözləyə bilər – Ekoloqlardan XƏBƏRDARLIQVİDEO

Xəzər dənizinin səviyyəsinin 10 metrdən çox enməsi proqnozlaşdırılır.

Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin məlumatında qeyd olunur ki, bəzi iqlim ssenarilərinə görə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsinin 10 metrdən də çox enəcəyi gözlənilir.

Xezerxeber.az-ın xəbərinə görə, ekoloq Rövşən Abbasov deyir ki, Xəzərdə suyun səviyyəsi son 30 ildir ki, enir. Bu, iqlimlə əlaqədar problemdir. Bundan əlavə, Xəzəri qidalandıran əsas çayların qarşısı demək olar ki, tamamilə kəsilib. Buna səbəb isə həmin çaylar üzərində iritutumlu su anbarlarının tikintisi və əkin sahələrinin artmasıdır.

Rövşən Abbasov qeyd edib ki, suyun səviyyəsinin azalması Xəzərin ekosisteminə də ciddi mənfi təsir göstərir. Hətta bir çox balıq növləri var ki, kürüləmək üçün çaylara üz tuta bilmir. Bu da, həmin növlərin məhv olması ilə nəticələnir. Bundan başqa, gedən proses Azərbaycan iqtisadiyyatına da ciddi zərər vurur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
16
xezerxeber.az

1Mənbələr