AZ

“Avropa Trampın Polşakı hadisələrə reaksiyasından məyus oldu” – “Reuters”


ABŞ-nin Avropadakı NATO müttəfiqləri ABŞ Prezidenti Donald Trampın Polşada PUA insidentinə səssiz reaksiya verməsindən narahatdırlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.
Avropada Trampın səssiz reaksiyası onun Avropa ölkələrinin öz təhlükəsizliklərini təmin etməli olduğunu nəzərdə tutan “Öncə Amerika” siyasətinin növbəti təzahürü kimi şərh edilib.
“Bu epizod Trampın Franklin Ruzveltdən sonrakı digər prezidentlərdən fərqli olaraq Avropa təhlükəsizliyini ABŞ təhlükəsizliyinin mərkəzi elementi hesab etmədiyini vurğulayır”, - ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi (2009-2013) İvo Daalder deyib.
Agentliyin həmsöhbətləri qeyd ediblər ki, əvvəllər oxşar hadisələr Vaşinqtonun dərhal reaksiyasına səbəb olardı.Həmsöhbətlərin sözlərinə görə, avropalı siyasətçilər Amerika prezidentinin bəyanatlarını “məyusluq”, “çaşqınlıq” və hətta “narahatlıqla” qarşılayıblar.
Seçilən
31
yeniavaz.com

1Mənbələr