Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
Operativ Media xəbər verir ki, günün son matçında "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gəlib.
"Azərsun Arena"da keçirilən matçda Qurban Berdıyevin komandası 1-0 hesabı ilə qalib gəlib.
Xallarının sayını 9-a çatdıran "Turan Tovuz" turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.