AZ

HƏMAS: İsrail vəhşilikdə nasistləri üstələyir

HƏMAS Qəzza şəhərini işğal etməyi planlaşdıran İsrail ordusunun infrastruktura, o cümlədən çoxmərtəbəli binalara və məktəblərə hücumlarına reaksiya verərək, bu hücumların təqribən 1 milyon insanın həyatına mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, yazılı açıqlamada, İsrail ordusunun köçkünlərin sığındığı şəhərin qərbindəki məktəb və qəsəbələrə hücumlarının vəhşilik baxımından nasistləri üstələdiyi bildirilib.

Vurğulanıb ki, “müharibə cinayətkarı Netanyahu hökuməti” Qəzzada 1 milyondan çox insanı hədəf alan hücumlarla beynəlxalq hüquqa məhəl qoymamağa, beynəlxalq ictimaiyyətə və insani dəyərlərə meydan oxumağa davam edir.

Bəyanat beynəlxalq ictimaiyyəti, ərəb və islam ölkələrini “bəşəri dəyərləri və hüquq sistemini bərpa etmək üçün ciddi və təcili addımlar atmağa və müharibə cinayətkarlarına və faşist liderlərə sığınacaq verən və yaramaz İsraili məsuliyyətdən azad edən ABŞ-ın iradəsini rədd etməyə” çağırıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
1
turkustan.az

2Mənbələr