AZ

Domenikali: Qətər Qran Prisi ilə bağlı narahat olmağa əsas yoxdur

Formula 1-in baş direktoru Stefano Domenikali bildirib ki, regiondakı çətin vəziyyətə baxmayaraq, Qətər Qran Prisinin keçirilməsi ilə bağlı heç bir narahatlıq yoxdur.

İdman.biz bildirir ki, sentyabrın 9-da İsrail ordusu Qətərin paytaxtı Dohada HƏMAS-ın qərargahına zərbə endirib. Qran Prinin keçirildiyi "Lusail" yolu hücum yerindən bir neçə kilometr aralıda yerləşir.

"Bu, çox faciəvi və çətin vəziyyətdir. Biz bunu diqqətlə izləyirik, lakin hazırda Qran Prinin keçirilməsi ilə bağlı narahat olmağa əsas yoxdur. Ümid edirik ki, idman müsbət şeylər gətirəcək", - "The Observer" Stefano Domenikalidən sitat gətirir.

İdman.biz

Seçilən
12
1
idman.biz

2Mənbələr