AZ

TƏCİLİ: Polşa və Rumıniyada HƏYƏCAN: Qırıcılar HAVAYA QALDIRILDI

Polşanın şərqində hava hücumu sirenləri səslənib.

Musavat.com xəbər verir ki, yerli KİV-in məlumatına görə, Rumıniyanın Ukrayna sərhədinə yaxın Tulça şəhərinin sakinlərinə obyektlərin düşməsi barədə xəbərdarlıqlar göndərilib.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bildirib ki, Ukraynanın qərbində Rusiya pilotsuz təyyarələrinin (PUA) hücumu təhlükəsi səbəbindən Polşa və NATO qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirilib.

Komandanlıq "X" sosial şəbəkəsində yayımladığı məlumatda qeyd edib:

"Ukraynanın Polşa ilə həmsərhəd bölgələrində PUA zərbələri təhlükəsi səbəbindən hava məkanımızda hərbi aviasiya əməliyyatına başlanılıb".

Polşa və NATO təyyarələri, eləcə də yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri hazır vəziyyətə gətirilib.

Polşa hakimiyyəti Lyublin Voyevodalığının sakinlərinə xəbərdarlıq edib:

"Həddindən artıq ehtiyatlı olun. Xidmətlərin göstərişlərinə əməl edin. Əlavə məlumat gözləyin".

Hərbi komandanlıq bildirib ki, bu tədbirlər profilaktik xarakter daşıyır və hava məkanının təhlükəsizliyini, eləcə də vətəndaşların, xüsusilə təhlükə zonasına yaxın ərazilərdə yaşayanların qorunmasını təmin etmək məqsədini güdür.

Eyni zamanda, Rumıniya hakimiyyəti də "havadan obyektlərin düşməsi" barədə xəbərdarlıq edib. Bildirişlər əsasən Ukrayna ilə sərhəd rayonlarının sakinlərinə göndərilib.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr