AZ

Baş nazirin böyük uğursuzluğuna şahid olduq Girovun anası

Bizimyol saytına istinadən ain.az xəbər verir.

"Bu həftə biz baş nazirin böyük uğursuzluğuna şahid olduq, o, girovların həyatını riskə ataraq, azadlıq sazişi üzrə danışıqlar aparılarkən, HƏMAS-ın danışıqlar qrupu ilə əlaqələri kəsməyə çalışdı".

Bizimyol.info xəbər verir ki bir neçə girovların ailə üzvü, ölkə boyu keçiriləcək planlaşdırılmış mitinqlərdən əvvəl həftəlik bəyanat verdilər.

Girov Matan Tsangaukerin anası Eynav Tsangauker əlavə olaraq: "O, HƏMAS liderlərini yox, bizim şansımızı, ailələrin sevdiklərini geri qaytarmaq şansını bombalamağa çalışırdı", - deyə bildirib.

"Bu, bizim vətəndaşlar olaraq normal həyatımıza, sionizminə və dövlətimizin gələcəyinə olan ümidimiz idi", - deyə Tsangauker əlavə edib.

Başqa bir girov Eytan Xornun atası İtsik Xorn: "Bir dəli, hökumət kabineti adlanan bir dəstə psixopatla birlikdə, oğlum Eytanı öldürmək üçün hər şeyi etməyə qərar verdilər. Mən sizə müraciət edirəm – gəlin üz-üzə oturaq, iki ölad atası olarq. Mətbuatsız, PR-sız, sızmalar olmadan. Sadəcə mənim bir sualıma cavab verin: əgər sizin uşaqlarınız da girovlar arasında olsaydı, onlar da 700 gün boyunca tunellərdə çürüyərdimi? Bəs niyə bizim uşaqlarımız çürüsün?", - deyə o baş nazirə ritorik sual verib.

Xatırladaq ki, yaxınlarda İsrailin ordu qüvvələri HƏMAS liderlərinə Dohada zərbələr endirdi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
bizimyol.info

1Mənbələr