BAKI, 13 sentyabr. TELEQRAF
Ukrayna dronlarla Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə zərbə endirib.
Teleqraf xəbər verir ki, hücum nəticəsində “Başnafta-Novoyil” neft emalı zavodunun ərazisində güclü partlayışlar baş verib və yanğın başlayıb.
Hücumla əlaqədar olaraq, Başqırdıstanda “PUA təhlükəsi” rejimi tətbiq edilib, Ufada mobil internet kəsilib.