AZ

Xəzərdə kütüm balığının nəsli niyə kəsilir?VİDEO

Xəzər dənizi hövzəsində geniş yayılmış kütüm balığının sayı kəskin şəkildə azalır...

Balıq bazarlarında kütüm balığına tələbat çox olsa da, yerli məhsul qıtlığı yaşanır.

Xezerxeber.az xəbər verir ki, Balıqçılıq və Akvakultura Mərkəzinin məlumatına görə, bu günə kimi bazarlarda görünən kütüm balıqları kvota miqdarında Xəzərdən ovlanmış balıqlardır. Ehtiyatların qiymətləndirilməsi zamanı məlum olur ki, kütümün ehtiyatı azdır, ona görə kvotalar məhdud sayda verilir. Bu səbəbdən də bazarlarda kütüm ildən-ilə azalır.

Satıcılar da faktı təsdiqləyirlər. Onlar bildiriblər ki, kütüm balığı satışa məhdud miqdarda gətirildiyindən mütşərilər üçün əlçatan olmur. Hətta əksər vaxtlarda ümumiyyətlə yerli kütüm tapılmır. Balığın az, tələbin çox olması isə qiymətinin artmasına gətirib çıxarır.

O da bildirilib ki, bazarda olan kütüm balıqlarının əsasən xaricdən gətirilməsinin digər səbəbi Azərbaycanda kütüm təsərrüfatının olmamasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
23
xezerxeber.az

1Mənbələr