AZ

Slovakiyada idman təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Slovakiyanın qərbində, Nove Zamki şəhəri yaxınlığında ultra yüngül idman təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Slovakiyanın Tibbi Xilasetmə Xidmətinin Əməliyyat Mərkəzi "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təyyarə Kamennıy Most kəndi yaxınlığında qəzaya düşüb.

Polisin açıqlamasına görə, Milli Hava və Su İnsidentlərinin Təhqiqat Departamentinin mütəxəssisləri faciə yerinə ezam olunublar. “Qəzanın dəqiq səbəbləri və başvermə şəraiti müəyyən edilməlidir”, – deyə qurumun mətbuat xidməti bildirib.

Seçilən
6
operativmedia.az

1Mənbələr