İspaniyanın paytaxtı Madriddə barda partlayış baş verib, azı 25 nəfər xəsarət alıb.
Axar.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Məlumata görə, hazırda 21-25 nəfərin xəsarət aldığı bildirilir. Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
Hadisə yerində yanğınsöndürənlər işləyir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Ehtimal edilir ki, partlayışa səbəb qaz sızması olub.