"Ukrayna hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münaqişənin həlli üçün danışıqların təşkili təklifinə hazırdır".
Publika.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski "Telegram" kanalında bildirib.
"ABŞ Putini dialoqa sövq edə bilər. Bu, istənilən formatda liderlərin görüşü ola bilər. Biz prezident Trampın təklifinə hazırıq: üçtərəfli format, sonra ikitərəfli format və ya əksinə. Amma texniki komandalar yox, liderlər olmalıdır", - respublika rəhbəri yazıb.
Avqustun 30-da Tramp Vaşinqton, Moskva və Kiyev arasında üçtərəfli sammitin keçiriləcəyini açıqlasa da, Putin və Zelenski arasında ayrıca görüşün keçiriləcəyinə şübhə ilə yanaşıb. Bundan əlavə, ABŞ Prezidenti Ukraynaya qoşun göndərmək və ya birbaşa maliyyələşdirmək niyyətində olmadığını vurğulayaraq, yardımın NATO-ya silah satışı və Avropaya dəstək verməklə məhdudlaşacağını bildirib.