AZ

NATO ölkələri HƏRƏKƏTƏ KEÇDİ

Şimali Atlantika Alyansı (NATO) qoşunların və texnikanın Litvaya köçürülməsi üçün “Böyük Qartal 2025” təliminə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə NATO-nun Niderlanddakı Brunssum Birləşmiş Komandanlığı "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“NATO qüvvələri Litvaya qoşun və texnikanın operativ şəkildə və koordinasiyalı şəkildə köçürülməsini həyata keçirir”, - paylaşımda deyilir.

Bir gün əvvəl NATO-nun baş katibi Mark Rutte Polşada pilotsuz təyyarə insidentindən sonra hərbi blokun şərq sərhədlərinin müdafiəsini gücləndirmək üçün nəzərdə tutulan “Şərq keşikçiləri” əməliyyatının başladığını elan edib. Onun sözlərinə görə, bu hərbi fəaliyyətə müttəfiqlərin müxtəlif resursları, o cümlədən Danimarka, Fransa, Böyük Britaniya, Almaniya və digərləri daxil olacaq.

Seçilən
51
2
publika.az

3Mənbələr