AĞDAŞ, 13 sentyabr. TELEQRAF
Ağdaşda traktorlar çınqıl altında qalıb.
Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, Türyançay çayının Ağdaş rayonu ərazisindən keçən hissəsində işləyən texnikalar ötən gün gecə saatlarında baş verən sel nəticəsində çayla gələn çınqılın altında qalıb.
Texnikalar ətrafdakı yer qazan traktor vasitəsilə qazılaraq çıxarılıb.