AZ

Stresdən qurtulmaq: Özünüzü daha yaxşı hiss etdirəcək 5 hobi

Gündəlik həyatın stresindən qurtulmaqda çətinlik çəkirsinizsə, doğru hobbilərlə beyninizi rahatlada bilərsiniz. 
Sherg.az qayğını azaltmağa kömək edən fəaliyyətləri təqdim edir.

Bəzən xoşbəxtliyin açarı sakit və rahat bir zehnə sahib olmaqdır. Təkrarlanan düşüncələrdən və gündəlik qaça-qaçdan qurtulmaq üçün özünüzə bir hobi seçə bilərsiniz.

1 - Bitki yetişdirmək

Təbiətlə bağ qurmaq və bitkilərinizlə maraqlanmaq üçün vaxt ayırmaq, özünüzü daha rahat hiss etməyinizə kömək edə bilər. Bunun üçün bağınızın olmasına ehtiyac yoxdur  - sadəcə evinizdəki saxsı bitkiləri ilə maraqlanmaq belə ruh halınızı yaxşılaşdıracaq və stresinizi azaldacaq.

2 - Yemək bişirmək

Yemək bişirərkən bütün diqqətinizi hazırlıq prosesinə yönəltmək, gündəlik qayğılardan uzaqlaşmağınızı təmin edəcək. Eyni zamanda yaradıcılığınızı istifadə edərək hazırladığınız yemək həm ləzzətli bir nahar olacaq, həm də özünüzü yaxşı hiss etdirəcək.

3  - Yazmaq / gündəlik tutmaq

Gündəlik tutmaq, hisslərinizi ifadə etməyin və anlamağın gözəl bir yoludur. Zehniniz sürətlə işlədikdə və narahatlıq artdıqda bunları yazıya köçürmək həm sizi rahatladacaq, həm də problemlərə həll tapmağınıza yardım edəcək.

4 - Fiziki məşq etmək

Məşq etmək, beyninizin stresslə daha yaxşı mübarizə aparmasına kömək edərək ruhi sağlamlığınızı yaxşılaşdıracaq. Bu səbəbdən yoqa, gəzinti kimi bir fəaliyyəti gündəlik həyatınıza daxil etmək sizi daha sakit və balanslı edə bilər.

5  - Əl işləri ilə məşğul olmaq

Toxuculuq, keramika düzəltmək və ya yağlı boya ilə rəsm çəkmək kimi diqqətinizi çəkən sahəyə yönəlmək daxildə sıxışıb qalan hiss və düşüncələrinizi ifadə etməyə, dolayısı ilə onlardan azad olmağa kömək edər.
Seçilən
24
1
sherg.az

2Mənbələr