AZ

Başqırdıstanında Novo Ufimski Neft Emalı Zavodu yanır...

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin uğurlu hücumu...

Rusiyanın Başqırdıstan Respublikasında Novo-Ufimski Neft Emalı Zavodu pilotsuz təyyarənin hücumundan sonra yanıb.

SİA-nın məlumatına görə, sosial şəbəkələrdə yanğının və hücumun özünü əks etdirən videolar yayılıb.

Ukrayna Könüllülər Ordusunun sözçüsü Sergey Bratçuk bir neçə belə video yayımlayıb və qeyd edib ki, Novo-Ufimski Neft Emalı Zavodu Ukraynadan 1300 km məsafədə yerləşir. Videolardan birində pilotsuz təyyarələrdən birinin zavod binasına çırpılaraq partladığı görünür.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
1
sia.az

2Mənbələr