AZ

Dohada kritik sammit yaxınlaşır: Fidan Qətər və İordaniyalı həmkarları ilə danışdı

Fidan Qəzzadakı vəziyyəti və Dohadakı sammit hazırlığını müzakirə edib.

Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və Xarici İşlər Naziri Məhəmməd bin Əbdülrəhman Al Tani və İordaniyanın Xarici İşlər Naziri Ayman əs-Safedi ilə telefon danışığı aparıb.

Görüşlər zamanı Qəzzada son vəziyyət və 15 sentyabrda Qətərin paytaxtı Dohada keçiriləcək İƏT–Ərəb Liqası fövqəladə Zirvə toplantısına hazırlıq məsələləri müzakirə olunub.

Nazir Hakan Fidan Zirvə toplantısına hazırlıq çərçivəsində sabah Dohada keçiriləcək Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
29
1
turkustan.az

2Mənbələr